<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Sən mənə hamıdan əzizsən, Rəbbim İL169</title>
<lyrics>[V1]
 Sən mənə hamıdan əzizsən, Rəbbim,
 Məni xilas etməyə Yerə gəldin.
 Baha başa gəldim mən Sənə, Rəbbim,
 Qanın bahasına Sən aldın məni.

[C1]
   İndi qoruyursan İsminlə məni,
   İndi yaşadırsan Sözünlə məni.
   Bədənin bədənim, Qanın qanımdır,
   Sözlərin sözlərim, Ruhun həyatım.

[V2]
 Qoy ürəyimin hər guşəsində
 Yazılsın Müqəddəs Kəlamın Sənin.
 Hər zaman, həmişə qulaqlarımda
 Səslənsin hər sözün, hər kəlmən Sənin.

[C2]
   İndi qoruyursan İsminlə məni,
   İndi yaşadırsan Sözünlə məni.
   Bədənin bədənim, Qanın qanımdır,
   Sözlərin sözlərim, Ruhun həyatım.

[V3]
 Bu dünyadan məni Qanınla aldın,
 Şəfanı mən tapdım yaralarında.
 Götürdün Özünə günahlarımı,
 Azad etdin məni hər bir bəladan.

[C3]
   İndi qoruyursan İsminlə məni,
   İndi yaşadırsan Sözünlə məni.
   Yer hazırlamağa getdin mənimçün,
   Gedib hazırlayıb təkrar gələsən.</lyrics>
<hymn_number>169</hymn_number>
</song>